İslandiyada iş həftəsinin dörd günə endirilməsi eksperimentinin nəticələri

Dünya 29 Oktyabr 2024 | 00:45
OXUNUB: 370

Bir neçə il öncə İslandiya dörd günlük iş həftəsi tətbiq edib. Sosial Elmlər İnstitutunun araşdırmasına görə, bu ölkənin iqtisadiyyatının yaxşılaşmasına kömək edib. 

 

Sfera.az bildirir ki, İslandiyanın iqtisadi inkişafı son dövrlər sürətlənib və işsizlik nisbətləri Avropada ən aşağı səviyyələr arasındadır. 

 

İş həftəsinin qısaldılması məhsuldarlığı da artırıb. İşçilərin maaşını kəsmədən iş həftəsini azaltdıqdan sonra ölkə iqtisadiyyatı Avropanın əksər iqtisadiyyatını üstələyib. 2020-2022-ci illər arasında işçilərin yarıdan çoxu bu eksperimentə keçirilib.

 

İslandiyanın iqtisadi inkişafı keçən il daha sürətli olub və işsizlik səviyyəsi Avropada ən aşağı göstəricilərdən biri olub. Araşdırma dövlətin əsl uğur hekayəsini ortaya qoyur. Tədqiqatçı Qudmundur Haraldsson bildirib ki, iş həftəsini qısaltmaqla İslandiyanın iqtisadiyyatı bir sıra yollarla güclənib.

 

Dövlət sektorunda işçilərin 81%-i iş vaxtından razı qalıb, özəl sektorda bu göstərici bir qədər aşağı - 77% olub. Ümumilikdə isə işçilərin 97%-i qısa iş həftəsinin iş-həyat balansını daha yaxşı təmin etdiyinə inanır.

 

2015-ci ildən 2019-cu ilə qədər aparılan iki təcrübə zamanı İslandiya dövlət sektoru işçiləri maaşları kəsilmədən həftədə 35-36 saat işləyiblər. Onların bir çoxu əvvəllər həftədə 40 saat işləyib. Təcrübədə 2500 insan- işləyən əhalinin 1% -dən çoxu iştirak edib.

 

Məlum olub ki, onların məhsuldarlığı əvvəlki kimi qalıb, hətta bəzi hallarda daha da artıb. Təcrübə işçilərdə aşkar hiss olunan stress və tükənmişlikdən qurtulduğunu, iş-həyat balansına qədər bir sıra göstəricilər üzrə inanılmaz şəkildə yaxşılaşdığını ortaya qoyub.

 

İslandiya həmkarlar ittifaqları eksperimentdən sonra məhkəmə prosesləri bitdikdə iş vaxtının azaldılması ilə bağlı razılığa gəliblər.

 

Aysel 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man