60 nəfərlik kənddə kuklalar əhali sayını üstələyir - FOTOLAR

Dünya 29 Oktyabr 2024 | 00:15
OXUNUB: 910

Yaponiyanın Ichinono kəndində cəmi 60-a yaxın sakinin yaşadığı tənha bir kənddə yerli sakinlər özlərini tək hiss etməmək üçün kuklalardan ibarət yeni bir "əhali" sistemi yaradıb. 

 

Sfera.az xəbər verir ki, kəndin yaşlı əhalisi, ərazidən köç edən gənc nəsli əvəz etmək məqsədilə, köhnə geyim və parçalarla hazırlanmış manekenlərdən istifadə edərək "kukla vətəndaşları" ilə yeni bir icma qurublar. İndi bu tənha kənddə insanlar "əsl" sakinlərdən çox, kukla həmkarları tərəfindən əhatə olunub.

 

Günümüzdə kənddə qalan insanların əksəriyyəti pensiya yaşını keçib. Belə ki, çoxları təhsil və ya iş məqsədilə kəndi tərk edib. Hər gün yeni "sakinlər" yaradılır: kuklalardan bəziləri yelləncəkdə oturur, bəziləri odun arabalarını itələyir, hamısı da qəribə təbəssümlə qonaqları salamlayır. 

 

88 yaşlı dul qadın Hisayo Yamazaki, Agence France-Presse xəbər agentliyinə danışarkən "Yəqin ki, burada insanlardan çox kukla var" deyə zarafat edib. Yamazaki, kəndin uşaqlarla dolu olduğu illəri xatırlayaraq, gənc nəsli daha yaxşı imkanlar üçün başqa yerlərə göndərməyin ağır nəticələri ilə üzləşdiklərini söyləyib. 

 

İchinono kəndində azsaylı gənclərdən biri, Osakadan köç edən Rie və Toshiki Kato ailəsidir. Pandemiya dövründə çevik iş rejimi onların kəndə yerləşməsinə imkan verib. Onların iki yaşlı oğulları Kuranosuke Kato, Ichinonoda son 20 ildə doğulan ilk uşaqdır. “Oğlumuz sadəcə burada doğulmaqla, heç bir şey etməmiş olsa belə, çox insanın sevgi və dəstəyindən yararlanır,”-deyə atası bildirib.

 

Son məlumata görə, Yaponiyada əhalinin 65 yaşdan yuxarı olan faiz göstəricisi ən yüksək səviyyədədir. Bu məlumat ötən ay, Yaponiyada "Yaşlılara Hörmət Günü" ərəfəsində dərc edilib.

 

İnci 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man