Hindistanda toy günü ölən gəlinin yerinə kimi qoyduqlarına inanmayacaqsınız

Dünya 29 Oktyabr 2024 | 00:04
OXUNUB: 1054

Hindistan toylarının olduqca möhtəşəm olduğunu görmüsünüz. Ancaq bu dəfə toyun nə qədər möhtəşəm olmasından yox, gəlinləri dəyişənlər mövzu olub. 

 

Sfera.az sizə sırf toya çəkilən xərclər batmasın deyə maraqlı çıxış yolu tapılan hadisənin təfərrüatlarını təqdim edir.

 

Hindistanda çox maraqlı hadisə baş verib.

 

Gəlin toy günü qəfil infarkt keçirərək dünyasını dəyişdikdən sonra ailəsi toyu tamamilə ləğv etməkdənsə, şok edici şəkildə onu gəlinin kiçik bacısı ilə əvəzləyib.

 

Gənc gəlin Hetal Hindistanın Qucarat əyalətinin Nari kəndindən olub. 

 

Lakin mərasim başlayanda Hetal başı gicəllənib və qəfil huşunu itirib. Yaxınları onu xəstəxanaya çatdırıb və həkimlər onun infarktdan öldüyünü bildiriblər. Lakin Hetalın atası Cinabhai Rathore toyu ləğv etmək əvəzinə bəyə Hetal əvəzinə digər qızı ilə evlənməyi təklif edib.

 

Yerli KİV gəlin namizədin cəsədinin mərasim bitənə qədər xəstəxananın meyitxanasında saxlanıldığını yazıb.

 

Əslində, bu hadisə bizim üçün nə qədər qeyri-adi olsa da, Hindistanda əvvəllər də çox olub.

 

Məsələn, 2021-ci ilin yanvar ayında Hindistanın Karnataka şəhərindəki toy məclisində bəyin tərk edilməsi haqqında məlumat verilib. Toy qonaqlarından biri günü xilas etmək üçün içəri daxil olub. Orkestr dirijoru işləyən Çandrappa adlı şəxs nikah masasında tərk edilmiş gəlin Sindhu ilə evlənib.

 

Bəlkə də, elə buna görə hind kinolarından həmişə dram, əyləncə və həyəcan əksik olmur.

 

Aynil 

Sfera.az  

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man