Bloomberg Kamala Harrisə 50 milyon dollar bağışladı

Dünya 28 Oktyabr 2024 | 23:00
OXUNUB: 1991

Bloomberg xəbər agentliyinin əsasını qoyan amerikalı sahibkar və Nyu-Yorkun keçmiş meri Maykl Blumberq Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd olan vitse-prezident Kamala Harrisə dəstək məqsədilə təxminən 50 milyon dollar ianə edib. 

 

Sfera.az xəbər verir ki, bu barədə “The New York Times” adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

 

Amerika mediası onun bunu milyarder dostlarının, o cümlədən Bill Qeytsin təzyiqi ilə etdiyini yazıb.

 

Qeyd olunur ki, Bloomberg dostları və milyarder yoldaşları, o cümlədən Bill Qeyts və Rid Hoffman tərəfindən ciddi təzyiqlərə məruz qalıb. Onu Harrisə dəstəyini artırmağa çağırışlar olub. Qəzet bildirib ki, Blumberg bu yaxınlarda Harrislə bu məsələni telefonla təkbətək müzakirə edib.

 

"New York Times"ın məlumatına görə, maliyyə dəstəyi media maqnatı tərəfindən Kamala Harrisin prezidentlik kampaniyasını dəstəkləyən "Future Forward USA Action" qeyri-kommersiya təşkilatına yönəldilib. Bundan əvvəl nəşr eyni təşkilata Bill Qeytsdən 50 milyon dollar ianə verdiyini də xəbər vermişdi.

 

Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-nə təyin edilib.

 

İnci 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man