Adel eşitmə qabiliyyətini itirdi

Dünya 28 Oktyabr 2024 | 21:10
OXUNUB: 5169

Britaniyalı müğənni və prodüser Adel son iki ayda nadir bir infeksiyaya yoluxub. O, dözülməz ağrılardan əziyyət çəkib.


Sfera.az xəbər verir ki, dünya üzrə məşhur Adel şouda çıxışı zamanı infeksiyaya görə bir qulağının müvəqqəti kar olduğunu deyib.


Müğənni düzgün olmayan müalicə nəticəsində eşitmə qabiliyyətini qismən itirdiyini bildirib.


Adel xəstəliyi barədə hər zamankı kimi səmimi danışıb. Onun sözlərinə görə, avqust ayında Münhendəki konsertləri zamanı hovuzdakı su bakteriyalarının yaratdığı nadir infeksiyaya yoluxub. O vaxtdan müğənni dözülməz ağrılardan əziyyət çəkir.



Düzgün olmayan müalicə nəticəsində Adel bir müddət şiddətli ağrılardan əziyyət çəkib və eşitmə qabiliyyətini qismən itirib. "Bir neçə dəfə qulağımı kəsmək istədim... İndi artıq ağrımır, bu əladır, amma sol qulağımda bir az karlıq qalıb"-deyə müğənni izah edib.
 

O, Veqas şouları bitdikdən sonra şou-biznesə uzun müddət ara verəcəyini bildirib: "Yeni musiqilərlə bağlı heç bir planım yoxdur. Qastrol səfərimdən sonra uzun müddət fasilə vermək istəyirəm. Başqa yaradıcılıq işləri də etməyi planlaşdırıram. Heç olmasa bir müddət hər şeydən uzaq qalmağa ehtiyacım var".


Aynil
 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man