NASA astronavtının saatı rekord məbləğə satıldı - FOTO

Dünya 28 Oktyabr 2024 | 18:56
OXUNUB: 5659

NASA astronavtı Edqar Mitçelin 1971-ci ildə Ayda taxdığı saatı onlayn hərracda 2,2 milyon dollara satılıb. “Rolex GMT-Master” satılan ən bahalı astronavt saatı olub.

Sfera.az xəbər verir ki, Mitçel Edqard “Apollo 14” missiyası zamanı sözügedən “Rolex” saatını taxıb.


NASA Aya missiyalar üçün bütün ekipaj üzvlərinə yalnız “Omega Speedmaster Professional” saatları verib. Bu saatlar kosmosda istifadə üçün skafandrların yapışqan hissələrinə bərkidilirdilər. Şəxsi saatlar isə gizli şəkildə kosmik gəmilərin göyərtəsində aparılıb.
 

Qartal gözlü kolleksiyaçılar bu saatları uçuşdan əvvəl, uçuş zamanı və enişdən sonra tarixi foto və videolarda görüblər.


Edqard Mitçelin “Rolex GMT-Master” saatı əla vəziyyətdədir.
 

 

Mitçellin “Rolex”ini onun 31 yanvar 1971-ci ildə skafandr geyindiyi fotoşəkillərdə və film kadrlarında görmək olar.
 

Qeyd edək ki, Mitçel tarixdə Ayın səthinə ayaq basan altıncı insan olub. Astronavtın Yerin peykində gəzinti zamanı həqiqətəb “Rolex” taxıb-taxmadığı isə dəqiq məlum deyil.
 

Hərrac şirkəti satılan “Rolex GMT-Master” saatının yüngül cızıqlar və cızıqlarla əla kosmetik vəziyyətdə olduğunu bildirib. Korpusun arxa tərəfində belə yazı həkk olunub: "Komandir Mitçel 1971-ci ildə “Apollon 14”də geymişdir. Karlin qızıma".
 

Saat astronavt tərəfindən imzalanmış orijinallıq sertifikatı ilə satılıb.


Lakin ən bahalı “Rolex GMT-Master” amerikalı aktyor Marlon Brandonun 1979-cu ildə “Apocalypse Now” filminin çəkilişləri zamanı taxdığı saat olub. 2023-cü ildə bu saat “Christie's” hərrac evində 5,1 milyon dollara satılıb.


Aynil

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man