Braziliya prezidenti Bakıya da gələ bilməyəcək

Dünya 28 Oktyabr 2024 | 16:52
OXUNUB: 2508

Braziliya Prezidenti Lula da Silva noyabrda Bakıda keçiriləcək COP29 iqlim sammitində iştirak edə bilməyəcək.

 

Sfera.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Braziliya liderinin ofisi yayıb.

 

Bildirilib ki, buna səbəb onun bir müddət əvvəl başının arxasından zədə almasıdır.

 

Həkimlərin tövsiyəsinə uyğun olaraq, Lula da Silvanın BMT-nin hazırda Kolumbiyada keçirilən COP16 və gələn ay Bakıdakı COP29 sammitlərində iştirakı baş tutmayacaq. Onun vəziyyətinin hazırda stabil olduğu qeyd olunub.

 

Xatırladaq ki, 78 yaşlı Braziliya lideri ötən həftə öz iqamətgahında hamam otağında yıxılıb və boynundan zədə alıb. Həkimlər onun boynuna üç tikiş qoyduqdan sonra ambulator müalicə üçün evə buraxıb. Lula da Silva bu zədə səbəbindən Rusiyaya səfərini də təxirə salmalı olmuşdu. Belə ki, o, oktyabrın 21-dən 24-nə qədər Kazanda keçirilən BRICS smmitində iştirak etməli idi.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man