“Apple” birinciliyi əldən verdi – O, dünyanın ən dəyərli şirkətidir

Dünya 28 Oktyabr 2024 | 14:55
OXUNUB: 4013

 

Dünyanın ən bahalı şirkətləri sıralamasında ABŞ-nin “Nvidia” şirkəti “Apple”ni qabaqlayaraq ilk sıraya yerləşib.

 

Sfera.az “Reuters”ə istinadən xəbər verir ki, “Nvidia”nın qiymətinin yüksəlməsinə süni intellekt çiplərinə tələbin kəskin artması səbəb olub.

 

Hazırda “Nvidi”a səhmlərinin bazar dəyəri 3,53 trilyon dollara çatıb. “Apple”in dəyəri isə 3,52 trilyon dollardır.

 

Xatırladaq ki, bu ilin iyununda da “Nvidia” dünyanın ən bahalı şirkəti ünvanına sahib olmuşdu. Amma bir müddət sonra şirkət yerini “Apple” və “Microsoft”a vermişdi. “Microsoft”un bazar dəyəri hazırda 3,18 trilyon dollardır.

 

Hər üç ABŞ şirkətinin ümumi dəyəri isə 10,23 trilyon dollardır.

 

Vasif

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man