Gürcüstanda parlament seçkiləri başa çatdı

Dünya 26 Oktyabr 2024 | 23:17
OXUNUB: 1846

Gürcüstanda keçirilən parlament seçkiləri yerli vaxtla saat 20:00-da başa çatıb.

 

Sfera.az xəbər verir ki, ümumilikdə ilk dəfə proporsional sistem üzrə keçirilmiş seçkilər baş tutmuş hesab olunur.

 

Gürcüstan Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Natiya İoseliani bildirib ki, səsvermədə 2 060 412 seçici iştirak edib. Bu da ümumi seçicilərin 58,94 faizi deməkdir.

 

Qeyd edək ki, parlament seçkiləri ilə əlaqədar 3111 seçki məntəqəsi açılıb. Bunlardan 3044-ü Gürcüstanda, 67-si isə xarici ölkələrdə yerləşirdi.

 

Seçicilərin ümumi sayı 3 508 294 nəfər təşkil edib. Onlardan 3 113 747 nəfəri elektron texnologiyalardan istifadə etməklə öz seçimini edib.

 

Seçicilərin 95 910 nəfəri xarici ölkələrdə səs verib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man