“Coca-Cola” milyonlarla məhsulu geri çağırır

Dünya 26 Oktyabr 2024 | 09:23
OXUNUB: 9265

Coca-Cola” Avstriyada satışdan çıxarılan 28 milyon 0.5 litrlik plastik şüşəni geri çağıracaq.

 

Sfera.az xəbər verir ki, bu barədə “Austria Press Agentur” məlumat yayıb.

 

Bildirilib ki, buna səbəb təhlükəli hissəciklərin şüşələrin içinə daxil olması riskidir.

 

Qeyd olunur ki, az sayda şüşəyə metal fraqmentlərinin daxil olma ehtimalı var. Bu risklər istehsal zamanı xətanın baş verməsi səbəbindən yaranıb.

 

Bu cür məhsulların istehlakı sağlamlığa zərər verə bilər, buna görə şirkət bütün partiyanı geri çağırmaq qərarına gəlib. Bu partiyaya yararlılıq müddəti 2025-ci il fevralın 4-dən aprelin 12-dək olan “Coca-Cola”, “Fanta”, “Sprite” və “MezzoMix” içkiləri daxildir. 

 

Avstriyada belə böyük miqyasda məhsulun geri çağırılması ilk dəfə baş verir. Hazırda həmin içkilərə görə zərər çəkən qeydə alınmayıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man