Bu ölkə dövlət rəmzlərini dəyişdirəcək

Dünya 26 Oktyabr 2024 | 09:00
OXUNUB: 8984

Qırğızıstanda deputatlar ölkənin dövlət rəmzlərini: gerbi, himni və bayrağı dəyişdirməli olduğunu bəyan ediblər.


Sfera.az xəbər verir ki, millət vəkili Arslanbek Malıyevin fikrincə, ölkənin gerbi sadəcə gözəl bir şəkildir. “Tarixə nəzər salsaq, bizim öz hərflərimiz var, ən yaxşısı qırğız hərfi ТЕҢ hərfidir. Qırğızıstanın hazırkı bayrağı Sovet Parlamenti tərəfindən qəbul edilib. Qırğızıstan bayrağının əsl rəngi mavidir. Böyük qırğız xalqının bayrağı Manasda olduğu kimi mavi rəngdədir”, - Maliev bildirib.


Millət vəkili himndən də narazıdır. Onun fikrincə, qırğız xalqının başqa gözəl melodiyaları var. Məsələn, “Qırğızıstan Yeri” əsəri.
 

“Bu mahnı məşhurdur. Mətni bir az dəyişə bilərik. Sonra biz simvollarımızı yeniləyəcəyik, tarixə nəzər salacağıq və əsl qırğız simvollarından istifadə edəcəyik. Hazırda müvafiq qanun layihələri hazırlanır, biz onları yaxın vaxtlarda müzakirəyə təqdim edəcəyik”, - deyə Arslanbek Maliev qeyd edib.
 

Qırğızıstan parlamentinin sədri Nurlanbek Şakiyev isə himnin yenidən səslənəcəyini bildirib. “Biz Sovet İttifaqından ilk dəfə çıxanda indiki himni qəbul etmişik. İndi biz ayaq üstə duran, inkişaf yolunda olan dövlətik. Ona görə də biz himni dəyişməliyik. Elə olmalıdır ki, bütün qırğızlar oxusun”, - deyə Şakiyev fikrini yekunlaşdırıb.

İnci

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man