Süni intellekt can aldı - "Bot"a aşiq oldu və...

Dünya 25 Oktyabr 2024 | 22:00
OXUNUB: 2257

ABŞ-nin Florida ştatında oğlunun virtual xarakterə aşiq olduğunu və intihar etdiyini iddia edən ana şirkətə qarşı iddia qaldırıb.
 

Sfera.az bildirir ki, “New York Post” qəzetinin yazdığına görə, Character.AI-nin sahibi olan şirkət “həddən artıq seksual” və “həddən artıq realist” təcrübələri olan uşaqları hədəf alması səbəbiylə məhkəmə ilə üzləşib. “Character.AI” tərəfindən hazırlanan süni intellektə əsaslanan danışıq botunda olan virtual personaj fevral ayında “Evə mümkün qədər tez get” mesajını göndərib. Yeniyetmə tüfənglə intihar etdikdən aylar sonra anası şirkətə qarşı iddia qaldırıb.
 

Virtual personajın özünü "əsl insan, lisenziyalı psixoterapevt və böyüklərin sevgilisi" kimi təqdim etdiyini iddia edən ana, övladı intihar düşüncələrini paylaşsa da şirkətin heç kimə məlumat verməməsindən şikayətçi olduğunu bildirib.
 

Character.AI sözçüsü açıqlamasında belə deyib: "İstifadəçilərimizdən birinin faciəvi ölümünə görə çox üzgünük. Ailəsinə başsağlığı veririk. Şirkət olaraq istifadəçilərimizin təhlükəsizliyinə çox ciddi yanaşırıq",- deyib.
 

Şirkət bəyan edib ki, “razılıqdan kənar seksual məzmun, cinsi hərəkətlərin qrafik və ya konkret təsviri, intiharın təbliği və ya təsviri”nə icazə verilmir. Şirkətin kibertəhlükəsizlik üzrə meneceri Jerry Ruoti də azyaşlı istifadəçilər üçün sistemə əlavə təhlükəsizlik tədbirləri əlavə edəcəklərini açıqlayıb. Daha əvvəl virtual xarakterlə söhbətlərində intihar düşüncələrini paylaşan Setzer atasının silahı ilə həyatına son qoyub.
 

Mövzu ilə bağlı xəbərlərdə yüngül Asperger sindromu olan Setzerin danışdığı virtual xarakterə qarşı emosional hisslər yaşamağa başladığı, ailəsindən və dostlarından qoparaq özünü xarici aləmdən təcrid etdiyi qeyd edilib.

İnci

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man