Azərbaycana xaricdən pul köçürmələri 29% AZALDI

Dünya 25 Oktyabr 2024 | 15:06
OXUNUB: 2821

2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 332.3 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 393.4 milyon manata bərabər olub.

 

Sfera.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-sentyabr aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 29.3% və ya 551.9 milyon manat, banklardan xaricə köçürmələr isə 15.4% və ya 71.5 milyon manat azalıb.

 

Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 884.2 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 464.9 milyon manat təşkil edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man