Günəşdə qeyri-adi HADİSƏ - Sürətlə hərəkət edir + FOTO

Dünya 25 Oktyabr 2024 | 12:45
OXUNUB: 7447

Dünyanın bir neçə tanınmış universitet və tədqiqat institutlarının astrofizikləri Günəşdə qeyri-adi hadisə aşkar ediblər. Araşdırmanın nəticələri “Nature Astronomy” jurnalında dərc olunub.

 

Sfera.az xəbər verir ki, alimlər tədqiqat zamanı NASA-nın IRIS (Interface Region Imaging Spectrograph) peykindən istifadə ediblər.

 

Tədqiqatlar göstərib ki, Günəş atmosferindəki partlayışlardan sonra yaranan nüvələr görünməmiş sürətlə hərəkət edir. IRIS peykinin çəkdiyi şəkillərlə alimlər müəyyən edib ki, Günəşdə baş verən partlayışlardan sonra yaranan maqnit sahələri müəyyən xətlər üzrə Günəşin ətrafında sürətlə dövr edir. Dövrə zamanı sahələrin mərkəzində nüvə formalaşır və həmin nüvə sürətlə Günəşin atmosferi ətrafında dövrə vurur.

 

Alimlər onu müəyyənləşdiriblər ki, baş verənlərə bənzər proseslər digər ulduzlarda da müşahidə olunur. Ancaq alimlər yalnız Günəşdə bu fenomeni çox təfərrüatlı şəkildə müşahidə edə bilirlər.

 

Vasif

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man