"Şimali Koreya qoşunları artıq Kurskdadır" - Ukrayna MN

Dünya 25 Oktyabr 2024 | 11:29
OXUNUB: 7131

Şimali Koreya qoşunları Rusiyanın Kursk bölgəsinə aparılıb.

 

Sfera.az bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin (GUR) Kəşfiyyat Baş İdarəsi məlumat yayıb. İddialara görə, Şimali Koreyanın Rusiyada təlim keçən ilk hərbi hissələri Ukraynaya qarşı müharibəyə cəlb olunub.

 

“Şimali Koreyanın Şərqi Rusiyanın poliqonlarında təlim keçən ilk hərbi hissələri artıq Rusiya-Ukrayna müharibəsinin döyüş bölgəsinə çatıb. Əsgərlər konkret olaraq Rusiya Federasiyasının Kursk vilayətində 23 oktyabr 2024-cü ildə peyda olub”, - qurumun bəyanatında bildirilib.

 

Ukrayna kəşfiyyat rəsmilərinin məlumatına görə, Şimali Koreyadan Rusiyaya 500 zabit və üç general olmaqla təxminən 12 min əsgər göndərilib: “Əsgərlər döyüş sursatları, yataq dəstləri, qış geyimləri və ayaqqabılarla yanaşı, gigiyenik vasitələrlə də təmin olunublar”.

 

Günay 
 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man