Fətullah Gülənin dəfnində FETÖ-çülər üzlərini belə gizlətdilər - FOTOLAR

Dünya 25 Oktyabr 2024 | 07:30
OXUNUB: 5827

FETÖ terror təşkilatının lideri Fətullah Gülən üçün Pensilvaniyada Skyland Beysbol Stadionunda dəfn mərasimi keçirilib.

 

Sfera.az xəbər verir ki, ABŞ polisinin yüksək səviyyədə təhlükəsizlik tədbirləri gördüyü mərasimə türkiyəli jurnalistlər buraxılmayıb və onların görüntülər çəkməsinə mane olub.

 

Təşkilat üzvləri isə adlarına hazırlanmış QR kodla mərasim sahəsinə daxil olublar.

 

Stadionun yerləşdiyi Esseks bölgəsində yerli vaxtla saat 10.00-14.00 arasında pilotsuz təyyarələrin uçması qadağan olunub.

 

Mərasimdə bəzi FETÖ-çülər papaq, eynək və maska ilə üzlərini gizlətməyə çalışıblar. Beysbol stadionunda keçirilən mərasimə qatılanlar fermaya buraxılmayıb.

 

FETÖ lideri Pensilvaniyada keçirilən mərasimdən sonra fermasının bağçasında dəfn edilib.

 

Məlumata görə, Gülənin cənazəsi təşkilat daxilindəki fikir ayrılığına görə ölümündən 4 gün sonra dəfn edilib.

 

Xatırladaq ki, oktyabrın 20-də Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ-nün lideri Fətullah Gülən vəfat edib. Pensilvaniyada yaşayan 83 yaşlı təşkilat lideri aparıldığı xəstəxanada ölüb.(Qafqazinfo)

 








Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man