Hakan Fidan Blinkenlə Cənubi Qafqazı müzakirə etdi

Dünya 25 Oktyabr 2024 | 07:20
OXUNUB: 6205

ABŞ-nin dövlət katibi Antoni Blinken və Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.

 

Sfera.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, Blinken telefon danışığında oktyabrın 23-də paytaxt Ankarada baş vermiş terror hücumu ilə əlaqədar H. Fidana başsağlığı verib.

 

Məlumata görə, söhbət əsnasında tərəflər Cənubi Qafqazda sülhün bərqərar olunmasını müzakirə edib.

 

“Onlar həmçinin artan qarşılıqlı əlaqələrin regionda hamı üçün faydalı olacağı ilə yanaşı Cənubi Qafqazda ədalətli və davamlı sülhün əldə edilməsinin vacibliyini müzakirə ediblər”, - deyə xarici siyasət idarəsindən bildirilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man