Ancelina Coli yeni sevgi şayiələrindən sonra ilk dəfə ictimaiyyət qarşısında - FOTO

Dünya 25 Oktyabr 2024 | 00:00
OXUNUB: 327

49 yaşlı amerikalı aktrisa və rejissor Ancelina Colinin

özündən 9 yaş kiçik bir reperlə münasibəti var. Onlar birlikdə çox vaxt keçirirlər.

 

Sfera.az bildirir ki, məşhur Hollivud ulduzu Londonda reper Akala ilə vaxt keçirdikdən sonra ilk dəfə Los-Ancelesdə görüntülənib.

 

Coli tünd rənglərdə dəbli payız görünüşünü nümayiş etdirib. O, tünd şalvar kostyumunda çəkmə və böyük çanta ilə ictimaiyyət qarşısına çıxıb. Coli böyük qara günəş eynəyi taxıb və uzun sarı saçlarını açıq qoyub. O, təkbaşına gəzintiyə çıxıb və yüngül makiyaj edib.

 

Aktrisa dayanacaqdan keçib.

 

Qeyd edək ki, mənbələr ulduzun reper Akala ilə münasibətini açıqladıqdan sonra o, ilk dəfədir görüntülənir.

 

Yeni açıqlamada isə Coli və Akalanın Londondakı oteldə birlikdə vaxt keçirdikdən sonra belə sadəcə dost olduqları iddia edilir.

 

Cütlüyün bir əlaqəsi olması ilə bağlı aylarla fərziyyələrə baxmayaraq, mənbə onların münasibətlərinin yalnız platonik olduğunu iddia edir.

 

"O, Akala ilə görüşmür. Coli həm onunla, həm də sevgilisi Şanellə dostdur. Şanel da orada olub"- deyə mənbə bildirib.

 

Mənbə həmçinin əlavə edib ki, onlar bir neçə ildir dostdurlar və ictimai və humanitar məsələlərdə eyni zövqlərə və maraqlara malikdirlər. 

 

Məlum olub ki, ikili illər ərzində bir neçə dəfə əməkdaşlıq edib, insan haqları kimi qlobal problemlərə diqqət yetirib.

 

Aynil 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man