Putin Trampın Rusiya ilə əlaqələrini inkar etdi

Dünya 24 Oktyabr 2024 | 22:09
OXUNUB: 3213

Rusiya prezidenti Vladimir Putin ABŞ-nin keçmiş prezidenti Donald Trampın Rusiya Federasiyası ilə əlaqələri barədə məlumatları təkzib edib .
 

Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
 

“Bizi və Trampı bir vaxtlar Rusiya ilə əlaqədə ittiham etmişdilər. Sonra ABŞ-nin özündə aparılan araşdırma nəticəsində hər kəs bunun tam cəfəngiyyat olduğu qənaətinə gəldi”, - Rusiya lideri Kazanda keçirilən 16-cı BRİKS sammitinin yekunlarına dair mətbuat konfransında deyib .
 

O qeyd edib ki, “belə bir şey olmayıb, indi də belə bir şey yoxdur”.
 

Oktyabrın 24-də Putin Trampın Ukrayna münaqişəsinin həlli ilə bağlı bəyanatlarını dəyərləndirib. Rusiya liderinin sözlərinə görə, ABŞ-nin keçmiş prezidenti və dövlət başçısı vəzifəsinə namizədin münaqişəni həll etmək niyyəti ilə bağlı bəyanatları kifayət qədər səmimidir.
 

Oktyabrın 21-də "The Wall Street Journal"ı isə yazıb ki, guya Tramp Putini Rusiya “Ukraynanı təqib edərsə” Moskvanı vuracağı ilə hədələyib.
 

Oktyabrın 22-də Kazanda BRİKS-in üç günlük sammiti işə başlayıb. "BRICS+/outreach" formatında keçirilən görüş oktyabrın 24-də baş tutub və bu tədbirin yekun görüşü olub.

İnci

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man