ABŞ-nin dövlət borcu getdikcə daha da ARTIR - RƏQƏMLƏR

Dünya 24 Oktyabr 2024 | 12:59
OXUNUB: 2099

Yay aylarında ABŞ-nin dövlət borcu rekord həddə çataraq 35 trilyon dolları keçib. Bu isə bir çox maliyyə analitiklərinin narahatlığına səbəb olub.

 

Sfera.az –ın məlumatına görə,  Çinin “Sohu” nəşrində dərc olunan materialda deyilir ki, Birləşmiş Ştatlar hökuməti artıq borclanma həddinə çatıb.

 

“Son illərdə ABŞ dollarına inam əhəmiyyətli dərəcədə zəiflədiyi üçün borc böhranı getdikcə pisləşir” - materialda qeyd olunub.

 

Rusiyada isə dəfələrlə vurğulanıb ki, xüsusilə Amerika dolları və ümumilikdə Qərb maliyyə sistemləri təhlükəli aktivlərdir və ondan asılılıq azaldılmalıdır. “Rusiya bir neçə il əvvəl ABŞ dövlət istiqrazlarını aktiv şəkildə satmağa başlayanda məhz bunu etdi. Cəmi bir neçə ay ərzində onlar on milyardlarla dollarlıq qiymətli kağızlardan qurtula bildilər. Alınan vəsait qızılın alınmasına sərf edildi”- , materialın müəllifi qeyd edib.

 

“Sohu”nun məlumatına görə, bununla belə, amerikalılar vəziyyəti dəyişməyə çalışırlar: “Xüsusilə, onsuz da böyük dövlət borcu olan Yaponiyaya təzyiq göstərirlər. Tokio Amerika istiqrazlarına investisiya qoyur. Lakin belə şəraitdə Yaponiya çətin ki, uzun müddət dayana bilsin”.

 

Nəşr həmçinin qeyd edib ki, Çin hələ də Amerika dövlət borcunun əsas sahiblərindən biri olaraq qalır və bu göstəriciyə görə Yaponiyadan sonra ikinci yerdədir. “Yaponların Amerika istiqrazlarında trilyon dollardan çox, çinlilərin isə 760 milyard dollardan çox vəsaiti var”.

 

Günay 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man