BRİKS Bəyannaməsi: BMT süni intellekt idarəetməsində mühüm rol oynamalıdır

Dünya 24 Oktyabr 2024 | 10:00
OXUNUB: 2105

Birləşmiş Millətlər Təşkilatının süni intellektin qlobal idarə olunmasında rolu var. 

 

Sfera.az xəbər verir ki, bu barədə BRİKS-in Tatarıstanın paytaxtında keçirilən sammitinin yekunları üzrə qəbul edilmiş Kazan BRİKS bəyannaməsində deyilib.

 

BRİKS ölkələrinin liderləri BMT Baş Assambleyasının süni intellekt sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə dair konsensusla qəbul edilmiş qətnaməsini alqışlayıblar.

 

“Biz süni intellekt mövzuları üzrə məsləhətləşmələri dəstəkləyirik, o cümlədən BRİKS Gələcək Şəbəkələrin Tədqiqi İnstitutunda yaradılmış süni intellekt tədqiqat qrupu vasitəsilə”, - sammit iştirakçıları bildiriblər.

 

Bəyannamədə qeyd olunur ki, 5G və peyk sistemləri kimi yeni texnologiyalar rəqəmsal iqtisadiyyatın inkişafını stimullaşdırmağa kömək edir.

 

Sammit iştirakçıları BRİKS ölkələrini internetin milli seqmentlərinin təhlükəsizliyini təmin etmək üçün birgə fəaliyyət imkanlarını araşdırmağa çağırıblar.

 

İnci 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man