Şimali Koreya Rusiyaya əsgər göndərir - İDDİA

Dünya 23 Oktyabr 2024 | 21:12
OXUNUB: 3607

Cənubi Koreya bildirib ki, Şimali Koreya Ukraynaya qarşı müharibədə Rusiyaya kömək etmək üçün 3000 əsgər göndərib və daha minlərlə əsgər göndərməyi planlaşdırır.
 

Sfera.az "Sky News" a istinasən xəbər verir ki, Moskva və Pxenyan bu iddiaları rədd ediblər - lakin Cənubi Koreya kəşfiyyat rəsmiləri Şimali Koreyanın dekabr ayına qədər Rusiyaya 10 000 əsgər göndərməyi planlaşdırdığını bildirib. ABŞ öz növbəsində bu gün Şimali Koreya əsgərlərinin Rusiyaya yerləşdirilməsinə dair "dəlillərin" olduğunu bildirib.
 

Son rəqəmlər Seulun Milli Kəşfiyyat Xidmətinin cümə günü şimal qonşusunun Rusiyaya gəmi ilə 1500-ə yaxın xüsusi təyinatlı göndərdiyini bildirməsindən sonra gəlib.
 

Cənubi Koreya parlamentinin kəşfiyyat komitəsinin üzvü Park Sun-von bu barədə belə deyib: “Sentyabr və oktyabr aylarında Şimali Koreya daxilində qoşunların təlim keçməsi əlamətləri aşkarlanıb. Görünür, qoşunlar indi Rusiyanın bir çox təlim obyektlərinə səpələnib və yerli mühitə uyğunlaşırlar”.
 

Xatırladaq ki, iyun ayında Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In danışıqlar apararaq, hücuma məruz qalacağı təqdirdə bir-birlərinə kömək edəcəklərini vəd ediblər.

İnci

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man