Kirkorovun pişik sözü işlətməsi qalmaqala səbəb oldu

Dünya 23 Oktyabr 2024 | 20:27
OXUNUB: 4769

Rusiyalı müğənni Filipp Kirkorov LGBT təbliğatına görə yoxlanılacaq.
 

Sfera.az bildirir ki, “YouTube”da bloqqer Dmitri Maslennikovun kanalında "Real həyatda mafiya" videosu yayımlanıb. Burada iştirak edən Filipp Kirkorov qonaqlardan birinə yaxınlaşıb bığlarını çəkərək “Sən kimsən, pişik?”- deyə sual verib.

Daha sonra: “Pişik-pişik, bığlarını ağzıma sürt" ifadəsini işlədib. Bu da orada olanların kəskin reaksiyasına səbəb olub. Deyilənlərə birtəhər bəraət qazandırmaq üçün Filip Kirkorovun bildirib ki, bu cür sataşmaq onun uşaqlıq illərində istifadə olunub.
 

Kirkorov bunu zarafat adlandırsa da, “Soroka Sorokov” hərəkatının fəalları Daxili İşlər Nazirliyindən müğənninin LGBT təbliğatına görə yoxlanılmasını və hüquqi məsuliyyətə cəlb olunmasını tələb ediblər.

“Soroka Sorokov” fəallarının sözlərinə görə, bu ifadə gənci özü ilə homoseksual cinsi əlaqəyə girməyə çağırmaq və bununla da LGBT təbliğatı aparmaq deməkdir. Hərəkat nümayəndələri sənətçiyə qarşı Daxili İşlər Nazirliyinə ərizə verdiklərini və səlahiyyətlilərin ailə ilində özünü biabır etməmək üçün bu ifaçını səhnədən və ekranlardan uzaqlaşdıracaqlarına ümid etdiklərini bildiriblər.
 

“Soroka Sorokov” fəallarının fikrincə, bloqqer Maslennikovun “YouTube”dakı şousunun tamaşaçılarının 90%-i uşaqlardır, ona görə də sənətçinin bu cür bəyanatları qəbuledilməzdir və cəza tələb edir.
 

Kirkorovun vəkili Aleksandr Dobrovinski mediaya müsahibəsində bildirib ki, məsələ uğursuzluğa məhkumdur və Kirkorov təhlükə altında deyil. Onun sözlərinə görə, fəallar sadəcə özləri başa düşdükləri kimi eşidiblər.
 

"Zarafatda da nəsə axtarmağa qalsa, o zaman Filipp nə desə də, deməsə də, onu həmişə tapacaqlar və s. Bu haqda ilk dəfə eşitmişəm “Məncə, “Soroka sorok”un PR-ı olmasa, bütün bunlar mənasız şeylərdir.

 

Aysel

Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man