Putin və Pezeşkian Cənubi Qafqazı müzakirə etdilər

Dünya 23 Oktyabr 2024 | 17:58
OXUNUB: 4707

Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian arasında görüş başlayıb.

 

Sfera.az xəbər verir ki, Putin-Pezeşkian danışıqları Kazanda BRICS sammiti çərçivəsində keçirilir.

 

Putin danışıqların protokol hissəsində iki ölkə arasındakı münasibətlərin inkişafından danışıb. Bir müddət əvvəl Türkmənistan paytaxtında iranlı həmkarı ilə görüşünü xatırladıb.

 

Rusiya Prezidenti ölkəsinin İranla Suriya və Cənubi Qafqazda əməkdaşlığından da danışıb.

 

Putin İran prezidentinə Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi və “digər mühüm sənədləri” imzalamaq üçün Rusiyaya ayrıca səfər etmək qərarına görə təşəkkür edib.

 

O qeyd edib ki, Rusiya və İranın qlobal gündəmə yanaşmaları yaxındır və ya tamamilə üst-üstə düşür.

 

Putinin sözlərinə görə, Rusiya Federasiyası və İranın vəzifəsi ticarət-iqtisadi əməkdaşlığın müsbət dinamikasını möhkəmləndirməkdir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man