Braziliyada 7 yeniyetmə avarçəkən qəzada həyatını itirdi

Dünya 23 Oktyabr 2024 | 14:40
OXUNUB: 4719

Braziliyada yol qəzası nəticəsində 7 yeniyetmə avarçəkən həyatını itirib.

 

Sfera.az "Reuters"ə istinadən xəbər verir ki, qəza Pelotas şəhərində baş verib.

 

Polisin məlumatına görə, əyləci sıradan çıxan yük maşını avarçəkmə komandasını daşıyan furqonla toqquşub. Zərbənin gücündən furqon irəli atılıb və başqa bir avtomobilə dəyərək çevrilib. Daha sonra yük maşını çevrilən furqonun üstünə aşıb.

 

Faciə nəticəsində avtomobildə olan 10 sərnişindən doqquzu ölüb. Onlardan yeddisi yeniyetmə avarçəkən olub.

 

Yeganə sağ qalan 17 yaşlı bir idmançı olub. Yük maşınının sürücüsü isə yüngül xəsarətlər alıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man