"Rusiya, Çin və İran seçkilərlə təxribat törədəcəklər" - ABŞ rəsmisi

Dünya 23 Oktyabr 2024 | 10:35
OXUNUB: 3039

"Rusiya, Çin və İran ABŞ-də noyabrın 5-də keçiriləcək seçkilər ərəfəsində amerikalılar arasında nifaq salmaq niyyətindədir".

 

Sfera.az “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ kəşfiyyat rəsmiləri ABŞ-nin seçki təhlükəsizliyi ilə bağlı keçirilən brifinqində deyib.

 

Rəsmilər bildiriblər ki, xarici qüvvələr, xüsusən də Rusiya, İran və Çin amerikalıları parçalamaq və amerikalıların ABŞ demokratik sisteminə inamını sarsıtmaq üçün nifaq salmağa çalışırlar.

 

Mənbə bildirib ki, həmin dövlətlərin nüfuzlu şəxsləri əvvəlki ABŞ seçkilərindən dərs alıblar və iğtişaşları qızışdırmaq üçün fürsətlərdən istifadə etməyi daha yaxşı bilirlər. 

 

ABŞ kəşfiyyat rəsmisinin sözlərinə görə, onlar seçki dövründə istifadə etdikləri eyni vasitələrdən, xüsusən də informasiya və kiber əməliyyatlardan istifadə edə, fiziki təhdid və zorakılığı da nəzərdən keçirə bilərlər. Lakin seçki günü narazılıq yaratmaqla prosesi pozmağa cəhd edə bilsələr də, səsvermə sistemi o qədər təhlükəsizdir ki, onlar nəticələrə təsir edə bilməzlər.

 

Firuzə Əliyeva

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man