Dörd həyat yoldaşından 54 uşaq sahibi olmaq istəyir - FOTO

Dünya 22 Oktyabr 2024 | 00:35
OXUNUB: 576

“Evlilik tanrısı” olmaq istəyən yaponiyalı 36 yaşlı Ryuta Vatanabenin dörd həyat yoldaşı və iki sevgilisi var. O, 10 uşaq atasıdır.


Sfera.az bildirir ki, Ryuta Vatanabe 54 uşaq sahibi olmağa çalışır. O, yemək bişirir, ev işləri ilə məşğul olur və qadınlar pul qazanarkən uşaqlara baxır.


On ildir işdən yayınan Yaponiyanın Hokkaydo adasının sakini ancaq qadınların ona gətirdiyi pula güvənir.
 

Ölkədə çoxarvadlılıq qanunsuz olduğu üçün Vatanabe eyni vaxtda bir neçə nəfərlə evlənə bilməz. Əvəzində, Vətənabenin “həyat yoldaşları” qanunla uzunmüddətli birgə yaşayışa əsaslanan tərəfdaşlar kimi tanınır. Vatanabe artıq 10 uşaq atası olub və onlardan ikisi, həmçinin üç həyat yoldaşı ilə birlikdə yaşayır.
 

Qadınlar pul qazanarkən, Vatanabe yemək bişirir, ev işləri görür və uşaqlara baxır. Qadınlar isə aylıq 914.000 yen (təqribi 10 min Azn) qazanırlar.
 

Vatanabenin dördüncü həyat yoldaşı onu atıb. Vatanabe altı il əvvəl sevgilisi onu tərk etdikdən sonra bir neçə qadınla tanışlıq proqramları vasitəsilə tanış olmağa başlayıb.
 

"Mən sadəcə qadınları sevirəm. Nə qədər ki, biz bir-birimizi eyni dərəcədə seviriksə, heç bir problem olmayacaq"- deyə yapon kişi bu ilin əvvəlində teleşouların birinə verdiyi müsahibəsində deyib.
 

Vatanabenin dediyinə görə, o, hər gecə müxtəlif qadınlarla yatır. Həmçinin həftədə 28 dəfədən çox cinsi əlaqədə olması və tərəfdaşlarının qısqanclıq etməməsi ilə öyünür. Adam bildirib ki, məqsədi ölkədə doğulan uşaqların sayına görə rekord qırmaq və sözdə “nikah tanrısı” olmaqdır.


"Adım tarixə düşsün deyə 54 övlad sahibi olmaq istəyirəm. Hələ də yeni həyat yoldaşları axtarıram" - deyə o əlavə edib.

 

Aysel

Sfera.az


 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man