Britni Spirs gəlinlik paltarında yenidən evləndiyini bildirdi - FOTO

Dünya 22 Oktyabr 2024 | 00:24
OXUNUB: 762

42 yaşlı amerikalı müğənni Britni Spirs pərəstişkarlarına yenidən evləndiyini deyib. Sənətçi gəlinlikdəki kadrlarını İnstaqram səhifəsində paylaşıb.
 

Sfera.az bildirir ki, Britni Sem Əsgəridən boşandıqdan bir il sonra gəlinlik və fatada poza verərək "evləndiyini" deyərək pərəstişkarlarını çaşdırıb.
 

"Özümlə evləndiyim gün... Bunu geri gətirmək… Utanc verici və ya axmaq səslənə bilər, amma məncə, bu, indiyə qədər etdiyim ən heyrətamiz şeydir" - deyə məşhur yazıb.
 

Britni ağ gəlinlikdə kamera qarşısına keçib və duvağını düzəldib.

O, paltarını qara sivri burunlu ayaqqabı ilə birləşdirib və sarı saçlarını aşağı salıb.
 

Həmin gün Britni boş kilsənin fotosunu da başlıqsız paylaşıb.
 

Ulduz daha sonra şəxsi təyyarənin girişində dayanarkən ağ paltar və qara çəkmə geyindiyi başqa bir videosunu paylaşıb.
 

Qeyd edək ki, 2023-cü ildə Spirsin Sem Əsgəri ilə boşandığı məlum olub. Onlar cəmi bir il evli qalıb. 2022-ci ildə Britni hətta hamilə olub, lakin körpəsini itirib.


Sem Əsgəri Britnidən boşandıqdan sonra "Uzun müddət kiminləsə yaşaya bilmək bir nemət idi. İnsanlar ayrılır və yoluna davam edir" - deyib.

 

Aynil

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man