Moldovada prezident seçkilərinin nəticələri açıqlandı

Dünya 21 Oktyabr 2024 | 22:21
OXUNUB: 2029

İkinci müddətə namizədliyi irəli sürülmüş Moldova prezidenti Maya Sandu seçkilərin birinci turunda liderdir.


Sfera.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası seçki məntəqələrinin protokollarının 100%-ni işlədikdən sonra məlumat yayıb.
 

Moldovada prezident seçkilərinin birinci turu dünən, oktyabrın 20-də baş tutub.


MSK seçki məntəqələrindən daxil olan protokolların 100 faizini işləyib. Müvafiq olaraq, nəticələr aşağıdakı kimidir:

Seçicilərin 42,45 faizi Sanduya, Sosialist Partiyasının namizədi Aleksandr Stoyanoqlo isə 25,98 faiz səs toplayıb.
 

Bu namizədlərin hər ikisi noyabrın 3-də keçirilməsi nəzərdə tutulan ikinci tura keçir.


Sandu ölkənin Aİ-yə inteqrasiyasının və qərbyönlü oriyentasiyanın tərəfdarıdır. Müxalifət onu Rusiya ilə əlaqələri kəsməkdə və milli maraqlara xəyanət etməkdə ittiham edir.
 

Stoyanoqlo hesab edir ki, Moldova ilə Aİ arasında münasibətlər Rusiya və ümumiyyətlə, MDB ilə ənənəvi tərəfdaşlığa xələl gətirməməlidir.
 

Birinci turun nəticələrinə görə, “Bizim Partiya” siyasi qüvvəsinin lideri Renato Usati (13,79 % səs toplayıb) üçüncü yerdə, qərarlaşıb.
 

Keçmiş gənclər və idman naziri Oktavian Tsiku (0,93%), keçmiş daxili işlər naziri Andrey Nestase (0,64%), jurnalist Natalya Morar (0,61%) və keçmiş xarici işlər naziri Tudor Ulyanovski (0,52%) 1 faizdən az səsə malikdir.
 

Sandu artıq ikinci turda dəstək üçün “Avropapərəst namizədlər” Oktavian Çiku, İon Çiku, Tudor Ulyanovski və Renato Usatinin tərəfdarlarına müraciət edib.


İnci
Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man