Yəhya Sinvaranın həyat yoldaşı 32 min dollarlıq əl çantası ilə görüntülənib - VİDEO

Dünya 21 Oktyabr 2024 | 21:32
OXUNUB: 2392

Öldürülən “HƏMAS” lideri Yəhya Sinvaranın həyat yoldaşı 7 oktyabr hücumundan əvvəl tunellərdə gizlənərkən 32 min dollarlıq “Birkin” çantası gəzdirərkən görüntülənib.
 

Sfera.az bildirir ki, İsrail Müdafiə Qüvvələrinin şənbə günü yayımladığı görüntülərdə 61 yaşlı Sinvar və həyat yoldaşı Əbu Zamarın bunkerin dar dəhlizindən keçərək iki azyaşlı oğluna kömək etməsi əks olunub. Video bir neçə ay əvvəl İsrail hərbçiləri tərəfindən aşkar edilib.

"Qəzzalıların yeməyə pulu olmadığı halda, biz Yəhya Sinvar və onun həyat yoldaşının pula olan xüsusi sevgisinin bir çox nümunəsini görürük"-deyə İDF sözçüsü Avichai Adrai Abunun əlində bahalı qara dəri çanta tutduğunu göstərən skrinşotu əlavə edərək “X”də yazıb.
 

"Sinvarın həyat yoldaşı oktyabrın 6-da təxminən 32.000 dollar dəyərində “Birkin” çantası ilə tunelə daxil olub?!"


 

“Birkin” çantalarına məşhurlar və milyarderlər pərəstiş edir. Kardaşyanlardan tutmuş Melaniya Trampa qədər hər kəs oxşar qara dəri çantaları gəzdirir.
 

İsrail ordusu bildirib ki, “HƏMAS” lideri Yəhya Sinvar Qəzza yaxınlığındakı gizli bunkerində gizlənməyə hazır olub. Bunkerdə BMT-nin qida rasionu, çoxlu pul və hətta öz vanna otağı olub.


Qeyd edək ki, oktyabrın 7-də törədilən hücumun təşkilatçısı Yəhya Sinvar Əbu Zamara ilə 2011-ci ildə İsrail həbsxanasından məhbus mübadiləsi zamanı azad edildikdən bir neçə həftə sonra evlənib.
 

İDF 7 oktyabr 2023-cü il hücumlarından bəri Sinvarı izləyib və Sinvar keçən həftə məhv edilib. Əsgərlər onun cəsədini Tel əl-Sultanda hava hücumu nəticəsində dağıntıları təmizləyərkən aşkar ediblər.
 

Sinvarın sərvəti üç milyard dollar olaraq qiymətləndirilirdi. Ölümündən sonra onda 10 min dollar nağd pul və UNRWA müəlliminin şəxsiyyət vəsiqəsi tapılıb.
 

Sinvarın öldürülməsindən sonra baş nazir Benyamin Netanyahu deyib ki, onun ölümünün İsrail və “Həmas” arasında bir ildir davam edən müharibədə dönüş nöqtəsi olacaq. “HƏMAS” rəsmiləri isə ölümün yalnız qruplaşmanı gücləndirəcəyini bildirib.

 

Aysel

Sfera.az


 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man