Cennifer Lopez yeni payız stili nümayiş etdirdi - FOTO

Dünya 21 Oktyabr 2024 | 20:54
OXUNUB: 2899

Amerikalı müğənni Cennifer Lopez isti payız üçün dəbli total-qara görünüş nümayiş etdirib.


Sfera.az bildirir ki, Ceniffer Lopez Beverli Hillsdə dostları ilə görüşərkən görüntülənib. O, yeni payız tərzində tünd çalarlara üstünlük verib.


Ceniffer qalstuklu qısa qara sviter geyib. Ön tərəfində iki ağ düymə olan sviteri topuqlarını görünən qara şalvarla kombin edib.


Məşhur qara bağlı balet ayaqqabısı geyinib. Cennifer saçlarını dağınıq toplayıb.


Beverli Hillsdəki “Gucci Osteria”da restorana girən ulduz qara gün eynəyi taxıb və əlində kiçik qara “Chanel” əl çantası olub.


Məşhur ilk dəfə Ben Afflekdən boşanmasına münasibət bildirərək, subaylığa öyrəşməyə çalışdığını bildirib.


"Mən xoşbəxtliyi başqa insanlarda axtara bilmirəm" - deyə J.Lo qeyd edib.


Xatırladaq ki, cütlüyün faktiki ayrılması 2024-cü ilin aprelində baş verib. Avqustda isə müğənni rəsmi olaraq bəyanat verib.

 

Aynil

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man