General Vyetnam prezidenti seçildi

Dünya 21 Oktyabr 2024 | 17:26
OXUNUB: 7665

Vyetnam Milli Assambleyası (birpalatalı parlament) general Luonq Kuongu ölkənin yeni prezidenti seçib.

 

Sfera.az xəbər verir ki, bu barədə Vyetnam Xəbər Agentliyi məlumat yayıb.

 

Milli Assambleyanın məlumatına görə, 67 yaşlı Luonq Kuonqun dövlət başçısı seçilməsi haqqında qətnaməni sessiyada iştirak edən 440 qanunvericidən 440-ı dəstəkləyib ki, bu da Milli Assambleyanın deputatlarının ümumi sayının 91,67%-ni təşkil edir. Vyetnam Konstitusiyasına görə, ölkə rəhbərliyini təyin və vəzifədən azad etmək səlahiyyətinə malik ən yüksək orqandır.

 

Qeyd edək ki, Luonq Kuonq 15 avqust 1957-ci ildə Vyetnamın şimalındakı Phu Tho əyalətində anadan olub. 1975-ci ildə Vyetnam Xalq Ordusunun sıralarına daxil olub.

 

Firuzə Əliyeva

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man