Mühafizəçi məşhur aktyoru ZƏHƏRLƏDİ - FOTO

Dünya 21 Oktyabr 2024 | 15:21
OXUNUB: 5863

Hollivud mühafizəçisi hazırda həbsdə olan dünyaca məşhur repçi və musiqi prodüseri Pi Diddinin (əsl adı Şon Kombs) aktyor Ceymi Foksu zəhərlədiyini açıqlayıb.

 

Sfera.az olay-a istinadən bildirir ki, bu haqda Big Homie .CC YouTube kanalı "Cam Capone News"a müsahibəsində danışıb.

 

"Mən bilirəm ki, Diddi Ceymi Foksu zəhərləyib. Və aktyor bunun üçün repçini Federal Təhqiqat Bürosuna şikayət edib. Bu bir faktdır",- deyə Big Homie .CC vurğulayıb.

 

Diddinin niyə belə etdiyini soruşduqda mühafizəçi qeyri-müəyyən cavab verib:

 

"Bir gün sizi şahid çağırırlar. Əgər siz bu videolardan birində olsanız, həyatınızı asanlaşdırmaq istəyərsiniz... Bu sənayedə insanlar belə edir".

 

Onun bu cavabından ehtimal olunur ki, Ceymi Foks özü də Diddinin təşkil etdiyi əxlaqsız partilərdə iştirak edib.

 

Foksun özü hələlik mühafizəçinin sözlərini şərh etməyib.

 

Xatırladaq ki, 2023-cü ilin aprelində Foks baş rollardan birində Kameron Diazla birlikdə "Fəaliyyətə qayıt" adlı döyüş komediya filminin çəkilişindən xəstəxanaya aparılmışdı. Ceymi bundan sonra sağalıb və işə qayıdıb, lakin baş verənlərin təfərrüatlarını açıqlamayıb. Ceymi "Əli", "Azad edilmiş Canq", "Hörümçək adam - Evə yol yoxdur" filmlərinə çəkilib. O "Ray" filmində ən yaxşı baş rol aktyoru nominasiyasında "Oskar" mükafatı laureatı olub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man