Yerə tüpürməyə görə ən çox cərimə yazan ölkələr - ADLAR

Dünya 21 Oktyabr 2024 | 13:52
OXUNUB: 4219

Dünyanın bir çox ölkələrində insanların rahat gəzə biləcəyi təmiz səkilər və küçələr uğrunda mübarizə getdikcə artır. Bu məqsədlə şəhər bələdiyyələri və ya hökumətlər müxtəlif məbləğdə cərimələr tətbiq edirlər. Belə cərimələr Avropada daha çox yayılıb.

 

Bəs ən çox cərimə yazan ölkələr hansılardır?

 

Sfera.az xəbər verir ki, yerə tüpürməyə görə ən çox cərimə İspaniyanın Barselona şəhərində yazılır.

 

Barselonada bu şəxslər 3000 min avro (5540 manat) cərimələnir. Küçəyə tüpürməyə görə digər ən böyük cəza Sinqapurdadır. Burada cərimə məbləği 1000 ABŞ dollarıdır (1700 manat).

 

Dünyada ən təmiz yollara və səkilərə sahib olan ölkələrdən İsveçrədə yerə tüpürməyin cəzası 100 frankdır (təxminən 196 manat). Sürixdə bu rəqəm 200 franka (392 manat) qədər artırılıb. Ölkənin kantonları və şəhərləri arasında fərqlər olsa da, ən kiçik cərimə İsveçrənin Uster qəsəbəsindədir. Bu qəsəbədə tüpürmə cəzası 80 frankdır (157 manat).

 

Almaniyada isə bu cəzalar müxtəlifdir. Ölkədə açıq yerə tüpürməyin cəriməsi 20 avro (37 manat), Kölndə isə 30-60 avro (55-111 manat) arasındadır. Avstriyada da bu, qanun pozuntusu hesab olunur və cərimə tətbiq edilir.

 

İtaliyanın bəzi yerlərində küçəyə tüpürməyə görə cərimə 500 avroya (930 manat) qədər artır.

 

Dünyada yerə ən çox tüpürmə halları isə Çin və Hindistanda müşahidə edilir, lakin həmin ölkələrdə bu əmələ görə cərimələr yoxdur. Azərbaycanda da yerə tüpürmə hallarına çox rast gəlini, amma cərimə nəzərdə tutulmayıb.

 

Vasif

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man