Kirayə yer götürərək qumar oyunları təşkil edən şəxsin cəzası

Dünya 20 Oktyabr 2024 | 00:05
OXUNUB: 714

Bakıda ev tipli qeyri-yaşayış obyektini kirayələyib, qumar oyunları təşkil edən şəxsə hökm oxunub.

 

Sfera.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 22 iyun 1970-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda doğulmuş Azər Turabov Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Məlum olub ki, Azər Turabov Sabunçu rayonunda iki otaqlı ev tipli qeyri-yaşayış sahəsi kirayələyib. Mövlə, Yaşar, Elzar, Asim adlı tanışları həmin yerdə qumar oynamağa yer təşkil etdiyinə görə hər dəfə ona 40 manat pul veriblər.

 

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 244-1.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 15 000 manat məbləğində cərimə cəzasına məhkum edilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man