“WhatsApp” yeniliyə doymur -"Ultra" seçimi gəldi

Dünya 19 Oktyabr 2024 | 17:33
OXUNUB: 6521

“WhatsApp” fon rəngi ilə bağlı yenilik edir.

 

Sfera.az xəbər verir ki, qaranlıq rejimi dəstəyinə sahib olan “WhatsApp” yeniləmədən sonra tamamilə qara olacaq. Məlumata görə, hazırda istifadəçi dostu dizaynı ilə bəyənilən “WhatsApp”, yeniləmə ilə temalar və daha çox fərdiləşdirmə dəstəyinə sahib olacaq. Yeniləmə ilə “WhatsApp”ın hazırkı fon rəngi #0b141 daha tünd #0a1014 tonu ilə əvəz olunacaq. Bu rəng dəyişikliyi, batareya istehlakını minimuma endirməklə yanaşı, tətbiqi daha gözə uyğun rəngə uyğunlaşdırmaq məqsədi daşıyır. Əlavə edilmiş yeni temalar təkcə fon rəngini dəyişməyəcək, həm də söhbətlərin standart fonunu daha qaranlıq edəcək. Yəni zəif işıqda gözlər daha az yorulacaq və mətnlər daha asan oxunacaq.

 

Qeyd edək ki, bundan əvvəl “WhatsApp” söhbətləri 22 fərqli rəngdə fərdiləşdirmək imkanını istifadəyə vermişdi. Yeniləmə ilə ultra qaranlıq teması seçimi bu 22 temaya əlavə edilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man