Ukrayna ilk “Mirage-2000” təyyarələrini 2025-ci ilin əvvəlində alacaq

Dünya 19 Oktyabr 2024 | 17:00
OXUNUB: 5525

Ukrayna “Mirage-2000” qırıcılarının ilk partiyasını 2025-ci ilin əvvəlində alacaq.

 

Sfera.az xəbər verir ki, bu barədə Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro Kiyevdə ukraynalı həmkarı Andrey Sibiqa ilə keçirdiyi brifinqdə bildirib.

 

“İlk “Mirage-2000” təyyarələri gələn ilin əvvəlində Ukraynaya veriləcək. Həmçinin, Fransa bu təyyarələr üçün pilotların hazırlanması ilə də məşğul olacaq”, - o deyib.

 

Fransalı nazir əlavə edib ki, Paris Ukraynanın hazırladığı qələbə planını dəstəkləyir.

 

Ukrayna mətbuatının yazdığına görə, Fransa Ukraynaya 20 ədəd “Mirage-2000-5F” qırıcısı verməyi planlaşdırır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man