ABŞ və Braziliya prezidentləri noyabrda görüşəcək

Dünya 19 Oktyabr 2024 | 11:22
OXUNUB: 3595

ABŞ Prezidenti Co Bayden noyabrın 18-19-da Rio de Janeyroda keçiriləcək G20 sammiti öncəsi Braziliya Prezidenti Luis İnasiu Lula da Silva ilə görüşəcək.

 

Sfera.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən yazıb.

 

Baydenin braziliyalı həmkarı ilə görüşünün noyabrın 16 və ya 17-də baş tutacağı gözlənilir.

 

Agentliyin həmsöhbətləri Ağ Evin səfərə hazırlıqlara başladığını bildirsələr də, liderlərin nələri müzakirə edəcəyi ilə bağlı təfərrüatlar açıqlanmayıb.

 

“Reuters”in məlumatına görə, Bayden Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitindən (15-16 noyabr) sonra Braziliyanın şimal-qərbində yerləşən Manaus şəhərinə səfər edəcək. ABŞ Prezidenti həmçinin Belendə də qala bilər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man