Tramp Harrisi axmaq adlandırdı

Dünya 18 Oktyabr 2024 | 22:00
OXUNUB: 1625

ABŞ-nin hazırkı vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin intellekt səviyyəsi aşağıdır”.

 

Sfera.az xəbər verir ki, bu sözləri Amerikanın keçmiş lideri və sahibkarı, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Fox News-da Fox&Friends proqramında deyib.


“O, IQ səviyyəsi aşağı olan bir insandır. O, ağıllı deyil”, – Tramp rəqibini qiymətləndirib.


Ağ Evin keçmiş sahibi Harrisin onu dəfələrlə “qeyri-sabitlik” və “balanssızlıq”da ittiham edən ifadələrinə qarşı çıxaraq, “Mən ən sabit insanam” deyib.


Tramp həmçinin Harrisi marksist adlandırıb və əlavə edib ki, “onu heç kim sevmir”, hətta öz işçiləri belə.


Bundan əvvəl Tramp kampaniyası Harrisi Fox News-a verdiyi müsahibədə bir suala cavab verə bilməməsinə görə tənqid etmişdi .

 

İnci 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man