Hakan Fidan: Azərbaycanla bəzi məsələlərdə bir dövlət kimi çıxış edirik

Dünya 17 Oktyabr 2024 | 23:42
OXUNUB: 1810

Sabah İstanbulda Azərbaycan, Rusiya, İran və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

 

Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Haber Global”a müsahibəsində deyib.

 

O, qeyd edib ki, toplantıda bir sıra regional məsələlər müzakirə olunacaq. Toplantıya Gürcüstan da dəvət olunub. “Amma düşünürəm ki, onlar iştirak edə bilməyəcəklər”, - nazir qeyd edib.

 

Nazir vurğulayıb ki, Türkiyə və Azərbaycan bir millət iki dövlətdir. İki ölkə bir sıra məsələlərdə hətta bir dövlət kimi çıxış edir: “İki dövlət bəzi məsələlərdə bir dövlət kimi çıxış edir”. İqtisadiyyat, xarici siyasət, strateji məsələlərdə və digər sahələrdə əməkdaşlıq çox sıxdır.

 

Nazir qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh regiona böyük fayda gətirəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bununla bağlı mövqeyi məlumdur.(Report)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man