Azərbaycanın üç boksçusu Avropa çempionatında finala yüksəldi

Dünya 17 Oktyabr 2024 | 21:21
OXUNUB: 3088

Azərbaycanın üç boksçusu Bolqarıstanın paytaxtı Sofiyada davam edən U-23 Avropa çempionatında finala yüksəlib.

 

Sfera.az xəbər verir ki, Tural Sarıyev (48 kq) yarımfinalda Samet Oruc Salihlə (Türkiyə) üz-üzə gəlib.

 

4:1 (30:27, 28:29, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələn gələn boksçumuz finala yüksəlib. O, həlledici görüşdə Luis Runi (İrlandiya) ilə qarşılaşacaq.

 

51 kq-da mübarizə aparan Nicat Hüseynov da yarımfinal döyüşündə qələbə qazanıb. O, Omer Ametoviçdən (Serbiya) üstün olub – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). Hüseynov finalda Rudolf Qarboyanla (Ermənistan) döyüşəcək.

 

Murad Allahverdiyev (80 kq) də yarımfinal görüşünü xeyrinə bitirib. O, Ahmed Mavriçi (Serbiya) hər 3 raundda məğlub edərək, yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. Boksçumuz finalda Sezar Yojerlinlə (Fransa) gücünü yoxlayacaq.

 

Milli üzvlərindən N.Hüseynov və M.Allahverdiyev oktyabrın 19-da, T.Sarıyev isə ertəsi gün rinqə çıxacaq.

 

Qeyd edək ki, boksçularımızdan Marjona Savriyeva (50 kq) Avropa çempionatında bürünc medal qazanıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man