Şimali və Cənubi Koreyanı birləşdirən marşrutlar tamamilə ayrıldı

Dünya 17 Oktyabr 2024 | 12:22
OXUNUB: 1818

Şimali Koreya Koreya yarımadasının şərq və qərb ərazilərində Cənubi Koreya ilə avtomobil və dəmir yolu əlaqəsini tamamilə kəsib.

 

Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən xəbər verir.

 

Belə ki, Koreya Xalq Ordusunun Baş Qərargahı oktyabrın 15-də Koreya Xalq Demokratik Respublikasının (KXDR) cənub sərhədinin şərq və qərb hissələrindən Koreya Respublikasına (KXR) gedən avtomobil və dəmir yollarının fiziki olaraq kəsilməsi üçün tədbir görüb. 

 

Bu qərar KXDR-in suveren ərazisinin Koreya Respublikası ərazisindən mərhələli şəkildə tam ayrılmasının bir hissəsi kimi şərh olunub.Məlumata görə, qərar müharibə astanasında olan dövlətin ağır siyasi və hərbi təxribatlara qarşı ciddi təhlükəsizlik şərtləri səbəbindən alınıb.Səlahiyyətlilər iki Koreyanı birləşdirən marşrutların “tamamilə ayrıldığını” təsdiqləyiblər.

 

Şimali Koreyanın müdafiə nazirliyinin sözçüsü bildirib ki, Pxenyan qapalı cənub sərhədini daimi olaraq möhkəmləndirmək üçün daha çox tədbirlər görəcək.

 

Firuzə Əliyeva
 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man