Netanyahudan Makrona sərt cavab

Dünya 17 Oktyabr 2024 | 08:05
OXUNUB: 2236

İsrailin Baş naziri Benyamin Netanyahu Fransa Prezidenti Emmanuel Makronu İsrailin BMT-nin fərmanı ilə yaradılması barədə söylədiyi sözlərdən sonra hörmətsizlikdə ittiham edib.

 

Sfera.az xəbər verir ki, Netanyahu bu barədə “Le Figaro” qəzetinə müsahibəsində deyib.

 

“Bu, tarixdən məlumatsızlığı və hörmətsizliyi göstərir. BMT yəhudi xalqının dövlət hüququnu tanıyıb, lakin təbii ki, onu yaratmayıb”, - deyə Baş nazir qeyd edib.

 

Netanyahunun fikrincə, Makronun İsrailin BMT-nin fərmanı ilə yaradıldığını iddia etməsi tarixin üzücü təhrifidir.

 

Onun sözlərinə görə, İsrail Müstəqillik Müharibəsi nəticəsində dövlətçilik əldə edib.

 

Qeyd edək ki, Fransa Prezidenti Nazirlər Şurasının qapalı iclasında Netanyahunu BMT qərarlarına diqqət yetirməyə çağırıb. O deyib ki, İsrail BMT-nin qərarı ilə yaradılıb. ,(Qafqazinfo)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man