Mərakeş kralını molotov kokteyli ilə yandırmaq istədilər - VİDEO

Dünya 17 Oktyabr 2024 | 00:47
OXUNUB: 267

Rabatın (Mərakeşin paytaxtı) Apellyasiya Məhkəməsinin prokurorluğu kral VI Məhəmmədin də daxil olduğu kral kortejinin keçidindən əvvəl yanan plastik butulka atan şəxsi Əl-Razi psixiatriya xəstəxanasına yerləşdirməyə qərar verib.

Sfera.az bildirir ki, hadisə ötən cümə günü baş verib.


Ədliyyə orqanlarının təyin etdiyi tibbi ekspertiza şübhəlinin psixi pozğunluqdan əziyyət çəkdiyini, psixiatriya xəstəxanasında müalicə və müşahidəyə ehtiyacı olduğunu təsdiqləyib.

 

Yerli mətbuatın məlumatına görə, hücum edən 25 yaşlı kənd sakinidir, əvvəllər psixi pozğunluq əlamətləri müşahidə olunmayıb.

 

Mərakeş kralına sui-qəsd cəhdi
 

Şübhəli ötən cümə günü içərisində parça və yanar maddə olan kiçik plastik şüşəni atdıqdan dərhal sonra yanğının qarşısı alınaraq Rabat polisi tərəfindən saxlanılıb.
 

Adının açıqlanmasını istəməyən mənbənin sözlərinə görə, şübhəli şəxs 25 yaşında, əvvəllər kənd təsərrüfatı işçisi kimi çalışıb.
 

Mənbə hadisə ilə bağlı yayılan “yalan şayiələri”, xüsusən də şübhəlinin peşəsi və hərəkətlərinin motivləri ilə bağlı xəbərləri də təkzib edib.

 

Aysel

Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man