Elon Mask yeni “Tesla”nın dizaynına görə plagiatda ittiham edildi - FOTO

Dünya 17 Oktyabr 2024 | 00:35
OXUNUB: 374

Yeni pilotsuz elektrik avtomobilləri “Tesla Cybercab” və “Robovan” qalmaqala səbəb olub.
 

Sfera.az bildirir ki, Elon Mask plagiatda ittiham olunub. Çünki adları çəkilən avtomobillərin dizaynı bir sıra suallar doğurub. Elektrik avtomobilləri “Mən, Robot” filmindəki avtomobillərə və “Volkswagen XL1” hibrid kupesinə bənzəyir.


Əvvəlcə məşhur “Mən Robot” filminin rejissoru Aleks Proyas plagiat olduğunu açıqlayıb. O, sosial şəbəkədə “X” səhifəsində yazıb:

 

"Salam Elon. Mən layihələrimi geri ala bilərəmmi?"
 

Rejissorun sözlərinə görə, yeni “Tesla Cybercab” və “Robovan” filmdəki avtomobil və avtobusa çox bənzəyir. Qeyd etmək lazımdır ki, “Mən, Robot” filmi üçün avtomobil “Audi R8” əsasında yaradılmışdır.
 

Bundan əlavə, Aleks Proyas “Tesla” təqdimatında Optimus robotlarının onun filmindəki robotları çox xatırlatdığını qeyd edib. Tədbirin özü də oxşar bir ad alıb: “Biz, robot”
 

Hələlik Elon Mask plagiat ittihamlarına cavab verməyib.


Daha sonra məşhur avtomobil saytı “Carscoops”, “Tesla Cybercab” və “Volkswagen XL1” hibrid kupesi arasındakı oxşarlıqlara diqqət çəkib. İki avtomobilin çox oxşar siluetləri və dar faraları var və hər ikisinin qapıları yuxarı qalxır.
 

Xatırladaq ki, iki nəfərlik pilotsuz taksi “Tesla Cybercab” və 20 nəfərlik elektrik avtobusu “Tesla Robovan” sükan çarxına və pedala malik deyil və yalnız avtopilotla hərəkət edə bilir. “Cybercab”ın 2026-cı ildə istehsala başlaması və 30.000 dollara satılması planlaşdırılır. “Robovan” isə bir az sonra istehsala başlayacaq.


Aysel

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man