Bayden Avropada Zelenski ilə görüşə bilməyəcək

Dünya 16 Oktyabr 2024 | 20:50
OXUNUB: 2849

ABŞ Prezidenti Co Bayden Avropaya səfəri zamanı ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşə bilməyəcək.

 

Sfera.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer adi mətbuat brifinqində bildirib.

 

"Bayden bu həftə Almaniyaya gedəcək, lakin ABŞ prezidenti Avropada olarkən Zelenski ilə görüşə bilməyəcək", - administrasiya sözçüsü deyib.

 

Eyni zamanda Jan-Pyer əlavə edib ki, Bayden oktyabrın 16-da Ukrayna lideri ilə danışmağı və yeni hərbi yardım paketini elan etməyi planlaşdırır.

 

Daha əvvəl bildirilmişdi ki, Co Bayden dövlət başçısı kimi fəaliyyətinin son aylarında Ukraynanı dəstəkləməyə diqqət yetirəcək. ABŞ liderinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın sözlərinə görə, ABŞ-nin vəzifəsi “danışıqlar mövqeyini gücləndirmək üçün Ukraynanı döyüş meydanında əlverişli mövqeyə qoymaqdır”.

 

İnci

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man