Ərdoğan və Bərzani arasındakı kritik görüşlə bağlı ilk AÇIQLAMA

Dünya 16 Oktyabr 2024 | 19:20
OXUNUB: 5250

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ankarada İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzanini qəbul edib.

 

Sfera.az xəbər verir ki, bu barədə Rabitə Müdirliyi məlumat yayıb.

 

Məlumata görə, mətbuata qapalı keçirilən qəbulda xarici işlər naziri Hakan Fidan da iştirak edib. Nümayəndə heyətləri arasında təxminən bir saat davam edən görüşdə Bərzani Ərdoğanla Türkiyə, İraq və Kürdüstan Regional Hökuməti arasında əlaqələrin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıb. Tərəflər bölgədəki son hadisələri və hər iki tərəfi maraqlandıran müxtəlif məsələləri müzakirə ediblər.

 

Prezident Ərdoğan bildirib ki, İsrailin artan təcavüzü bölgəni hərtərəfli müharibə zonasına çevirmək riski daşıyır. O, Türkiyənin bütün regionun sabitliyi və təhlükəsizliyinə böyük əhəmiyyət verdiyini və İraq hakimiyyətinin ölkəni münaqişədən uzaq tutmaq səylərini yüksək qiymətləndirdiyini bildirib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man