Putin: "Rusiya Ukrayna ilə dialoqa açıqdır"

Dünya 03 May 2022 | 19:12
OXUNUB: 1837
Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında telefon danışığı olub.

Sfera.az-ın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Putin Makronu yenidən prezident seçilməsi münasibətilə təbrik edib.

Rusiya prezidenti fransalı həmkarının diqqətini Avropa İttifaqı ölkələrinin Ukrayna silahlı qüvvələrinin hərbi cinayətlərinə məhəl qoymamasına yönəldib. Putin bildirib ki, Qərb Kiyev hakimiyyətinə müvafiq təzyiq göstərməklə, eləcə də Ukraynaya silah tədarükünü dayandırmaqla bu vəhşiliklərin dayandırılmasına kömək edə bilərdi.

Rusiya-Ukrayna danışıqları barədə danışan Rusiya lideri bildirib ki, Kiyevin qeyri-ardıcıllığına və ciddi işə hazır olmamasına baxmayaraq, Rusiya tərəfi əvvəlki kimi dialoqa açıqdır.
Vladimir Putin vurğulayıb ki, ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyət ilk növbədə Qərbin sanksiyaları ilə çətinləşir.
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man