Fransa polisi iğtişaş törədən 45 nəfəri saxladı

Dünya 01 May 2022 | 23:23
OXUNUB: 3507
Fransanın paytaxtı Paris şəhərinin mərkəzində 1 May nümayişi zamanı iğtişaş törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

Sfera.az xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Jerald Darmanen bildirib.

O qeyd edib ki, saxlanılanlar arasında yanğınsöndürənlərdən birinə hücum edərək, onun yanğını söndürməsinə mane olmağa çalışan qız da var.

Nazir iğtişaşların səbəbini ultra-solçu iğtişaşçıların üzərinə qoyub və bildirib ki, bu cür zorakılıq yolverilməzdir. BFM-nin müstəqil ekspertlərə istinadən hesabatında qeyd olunur ki, Parisdəki nümayişdə 21 min insan iştirak edib. Təşkilatçıların məlumatına görə, Fransa paytaxtının küçələrinə təxminən 25 min, polisin məlumatına görə isə 17 min insan çıxıb.

Fransa paytaxtının mərkəzindəki Leon Blum meydanı ərazisində aktiv toqquşmalar başlayıb. İğtişaşlar zamanı radikallar bankların, sığorta şirkətlərinin, daşınmaz əmlak agentliklərinin şüşələrini sındırmağa, ofis mebellərini küçəyə çıxararaq yandırmağa başlayıblar.
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man