Rusiya-Ukrayna müharibəsi rus ulduzlarını iki cəbhəyə AYIRDI – Kimə hansı qadağa qoyulub? / FOTOLAR

Dünya 30 Aprel 2022 | 18:00
OXUNUB: 887
Hansı rus ulduzlar müharibədən sonra Rusiyanı tərk edib? Kimlərin Avropada konsert verməsinə qadağalar qoyulub?
 
Rusiya-Ukrayna müharibəsi rus ulduzlarını iki cəbhəyə ayırıb.
 
Əksəriyyəti prezident Putinin siyasətini dəstəkləsə də, bəziləri müharibə başlayan kimi ölkəni tərk edib.
 
Bizim.Media-nın araşdırması nəticəsində rusiyalı məşhurların hansı cəbhədə qərarlaşdığı və nə itkilərlə üzləşdiyi ilə tanış ola bilərsiniz.
 
Alla Puqaçova və Maksim Qalkin cütlüyü müharibənin ilk günlərindən mövcud dövlət siyasi qərarlarına etiraz edərək Rusiyanı tərk ediblər.
 
Məşhur reper  "Oxxxymiron” da müharibəyə etiraz edib ölkəni tərk edənlər sırasındadır. Əsl adı Miron Fyodrov olan reper Rusiyanın başladığı müharibəyə etiraz olaraq Moskva və Sank Peterburq konsertlərini ləğv edib. Əvəzində İstanbulun Kadıköy ərazisində konsert verən reper açıqlayıb ki, konsertdən əldə etdiyi bütün məbləğ Ukraynaya humanitar yardıma xərclənəcək.
 
Rusiyanı tərk edən məşhurlar arasında aktrisa Vera Polozkova və məşhur tele-aparıcı, prezidentliyə keçmiş namizəd Kseniya Sobçak da var.



Vətənini tərk edən məşhurlar sırasında Azırbaycanda da vaxtilə geniş dinləyici kütləsi olan Rusiyanın Xalq Artisti, müğənni Valeri Leontyev də var. Deyilənə görə, müğənni xaricdəki geniş biznes fəaliyyətini qorumaq üçün bunu edib.


Rus ulduzların və sənətçilərin böyük əksəriyyəti Rusiyanı və ölkə başçısı Putini dəstəkləsə də, bəziləri bu məqamda susmağa üstünlük verir.

Rusiya müharibəsinə açıq dəstəklərini ifadə edən müğənilər Flip Kirkorov və Polina Qaqarinaya qarşı Avropa ölkələrində sanksiyalara start verilib. Belə ki, Estoniyada konsert proqramında çıxışa hazırlaşan müğənnilər konsertlərinin ləğv olunması şokunu yaşayıblar.

 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man